Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mehriban Xanlarova:“Qızım get, bu sənət sənlik deyil”

Mehriban Xanlarova:“Qızım get, bu sənət sənlik deyil”

“Mən məktəbi pis oxumuşam, 8-ci sinifdən çıxmışam. Oyuncaq fabrikində işləmişəm. Ağlıma gəlməzdi ki, Mehriban Xanlarova olacağam. Mən ilk gündən kameradan qorxmamışam. “Şahmaran” filmindən sonra demişəm ki, yəqin ki, mən aktrisayam”.

Birinci 24 yazır ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova “Səhərin səsi” proqramında qonaq olarkən deyib. Teatr və kino aktrisası verilişdə peşəsindən, gənclərə yol göstərməsindən söz açıb:

““Məhv olmuş gündəliklər” tamaşasında bir gənc qızımız var idi. Mənimlə rol almışdı. Səhnədən sonra mənə sual verdi ki, necə oldu ki, tamaşada ağladız? Cavab verdim ki, sənin tamaşa boyu ağlamadın? Sözlərim təsir etmədi? Dedi, yox! Dedim, qızım get, bu sənət sənlik deyil. Elə edə etdi. Bir müddət sonra mənə zəng vurdu ki, çox sağ olun, başqa sahədə çalışıram”.

admin

Related Posts