Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan polisi tərəfindən reydlər keçirilib

Naxçıvan polisi tərəfindən reydlər keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə nizamlanmayan piyada keçidlərində hərəkət edən piyadalara yol verməyən sürücülərə və piyada keçidlərindən istifadə etməyən piyadalara qarşı reydlər keçirilib.

Reyd zamanı polis əməkdaşları tərəfindən sürücülər arasında maarifləndirmə və təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati tənbeh tədbirləri də görülüb.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq muxtar respublikada profilaktiki-maarifləndirici tədbirlər davam etdiriləcək.

admin

Related Posts