Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sabahın müəllimi” layihəsi çərçivəsində təlimlər keçiriləcək

“Sabahın müəllimi” layihəsi çərçivəsində təlimlər keçiriləcək

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki kollecində ümumtəhsil müəssisələrində təcrübə keçən tələbələrlə görüş təşkil olunub.

Görüşdə bildirilib ki, “Sabahın müəllimi” layihəsi pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təhsildəki yeniliklər barədə məlumatların verilməsi, ümumtəhsil məktəblərində pedaqoji təcrübələrin öyrənilməsi və təşkili məqsədini daşıyır. Layihə çərçivəsində təşkil olunacaq təlimlər nazirliyin əməkdaşları və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təlimçiləri tərəfindən keçiriləcək. Təcrübəçi tələbələrə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğun olaraq hüquqi savadlılığının artırılması, fənn kurikulumlarının tətbiqi, pedaqoji və psixoloji kompetensiya mövzularında məlumatlar veriləcək.

Qeyd edək ki, 6 mart – 29 may tarixləri arasında təşkil olunacaq təlimlərdə Naxçıvan Dövlət və “Naxçıvan” univeristetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun sonuncu kurslarında pedaqoji profilli ixtisaslarda təhsil alan və ümumi təhsil müəssisələrində təcrübə keçən 700-dən artıq tələbənin iştirakı nəzərdə tutulub. Təlimi uğurla başa vuran tələbələrə “Sabahın müəllimi” layihəsi iştirakçısı sertifikatı təqdim olunacaq.

admin

Related Posts