Nizami rayonu Keşlə qəsəbəsində Şah Abbas məscidinin əsaslı təmir işlərinə başlanılıb.
İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin mərkəzinə yaxın olan, qədim qəsəbələrdən biri Keşlədə yerləşən XVII əsrə aid olan Şah Abbas məscidinin əsaslı təmiri və yeni minarənin tikintisi işlərinə başlanılıb.
Məscidin yeni hazırlanan memarlıq eskiz layihəsi əsasında ilkin olaraq bina daxilində bərpa və perimetri boyunca gücləndirmə işləri aparılır. Hazırda məscidin yeni minarəsinin və köməkçi binalarının inşası üçün dəmir-beton işləri görülür.
Görülən işlərlə yanaşı, məscidin yerləşdiyi Kamran Əfkari küçəsində də abadlıq-quruculuq işlərinin aparılması, mövcud tikililərin fasadlarının, səkilərin, işıq dirəklərinin, asfalt örtüyünün yenilənməsi nəzərdə tutulur.
Qeyd olunan işlər Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.



