Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hindistanda Lavrov-Mirzoyan görüşünün pərfəarxası: “Ermənistanla yanaşı, Rusiya da silah almaq üçün bazar axtarır…”

Hindistanda Lavrov-Mirzoyan görüşünün pərfəarxası: “Ermənistanla yanaşı, Rusiya da silah almaq üçün bazar axtarır…”

“Rusiyanın başı Ukraynaya qarışıb, Ermənistan da bundan istifadə edib Rusiyanın rəqiblərini bölgəyə cəlb edir”.

Bu sözləri Hindistanın paytaxtı Yeni Dehlidə Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan görüş və Hindistan, Rusiya, Ermənistan üçlüsünün yaxınlaşmasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Çin Rusiyaya silah verərsə, Ukraynanın qalib gəlmək şansı sıfıra bərabər olacaq:

“Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Maria Zaxarova Lavrovla Mirzoyan arasında görüşün olduğunu açıqladı. Adətən Rusiyadan hansısa rəsmilər Bakıya gələndə ardınca İrəvana gedirdirlər, və yaxud tam tərsinə. Rusiya çalışırdı ki, balansı gözləsin. Bu dəfə Lavrov Bakıya səfər etdi, ancaq İrəvana getmədi. Ermənistanla Rusiya arasında narazılıqlar var. Erməni nümayədə heyəti, hətta Mirzoyan da Rusiyaya getmədilər, görüşdən imtina etdilər. Rusiya Ermənistana qəzəbli idi. Lavrovun Bakı səfəri ilə erməni tərəfinə göstərmək istəyirdilər ki, istənilən vaxt onlara qarşı mövqelərini sərtləşdirə bilərlər.

Nəticə etibarı ilə Lavrov Azərbaycana gəldi. Rəsmi Bakının istədiyi əsas nüans vardı, ona Rusiya açıq aydın razılıq vermədi. Lavrov bildirdi ki, 3 tərəfli sazişin bəndlərində Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qoyulması nəzərdə tutulmayıb. Bütün hallarda Rusiya Ermənistandan əlini çəkmək istəmir, çəkməyəcək. Rusiyanın başı Ukraynaya qarışıb, Ermənistan da bundan istifadə edib Rusiyanın rəqiblərini bölgəyə cəlb edir. Ermənistan manevrlər edərək, Rusiyadan növbəti güzəştlər qoparmaq istəyir. Rusiyanın da bölgədə maraqları var, çıxmaq istəmir. Ona görə də Lavrovla Mirzoyanın yenidən görüşməsində qeyri-adi heç nə yoxdur.

Ermənistan Hindistanla 250 milyon dollarlıq silah alqı-satqısı ilə bağlı müqavilə imzalamışdı. Ermənistanla yanaşı Rusiya da silah almaq üçün bazar axtarır. ABŞ Çinə təzyiq göstərir ki, Rusiyaya silah satmasın. Əgər Çin Rusiyaya silah verərsə, Ukraynanın qalib gəlmək şansı sıfıra bərabər olacaq. Rusiya da Hindistan bazarına girmək niyyətindədir. Qərb çalışacaq ki, Hindistan da Rusiyaya silah verməsin”.

Editor

Related Posts