Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan Hindistandan MArG 155/39 ÖAQ-ları sifariş edib – Bu, təhlükəli nəticələrə səbəb ola bilər

Ermənistan Hindistandan MArG 155/39 ÖAQ-ları sifariş edib – Bu, təhlükəli nəticələrə səbəb ola bilər

Ermənistan “Kalyani Strategic Systems Limited” (KSSL) tərəfindən hazırlanmış MArG 155 mm/39 G özüyeriyən haubitsalarını sifariş etməzdən öncə sınaqdan keçirib.

Bu barədə “Indianndian Defence Research Wing” məlumat yayıb.

“”Kalyani Strategic Systems Limited”in rəsmiləri bildiriblər ki, MArG 155/39 özüyeriyən haubitsası 8 ay ərzində inkişaf etdirilib və Hindistan ordusu tərəfindən Azərbaycanla münaqişənin davam etdiyi dağlıq ərazilərdə hərbi əməliyyatlar aparmaq üçün silah sistemi axtaran Ermənistana təklif olunmazdan əvvəl Balasor və Pokran bölgələrində sınaqdan keçirilib”, – deyə IDRW qeyd edib.

Özüyeriyən MArG 155/39 haubitsası təxminən 40 gün ərzində Ermənistan rəsmilərinin iştirakı ilə yenidən sınaqdan keçirilib və müqavilə Ermənistan hərbçiləri tərəfindən müəyyən edilmiş bütün standartlarına cavab verdikdən sonra müdafiə sənayesi sərgisində imzalanıb.

ÖAQ barədə qısa araşdırma

Hindistanın “Kalyani Group” şirkətinə daxil olan “Bharat Forge” şirkəti tərəfindən istehsal edilən MarG 4×4 təkər formullu yüksək keçid qabiliyyətinə malik avtomobilə (HMV) quraşdırılan ilk 155 mm çaplı ÖAQ-dır.

MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.

MArG Hindistan istehsalı olan “Ashok Leyland Mk 4” hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.

Taktiki-Texniki Xüsusiyyətləri:

4×4 təkər formullu texnika üzərinə quraşdırılıb
30 dərəcəyə qədər dırmaşma qabiliyyətinə malikdir
Təchiz edilmiş silahın çəkisi: 18 ton
NATO standartı və digər sursatlarla atəş aça bilir
5-18 arası mərmi daşıya bilir
Döyüşə hazır vəziyyətə gətirmə müddəti: gündüz 1.5 dəqiqə, gecə 2 dəqiqə
Atəş sürəti: İntensiv atəş rejimində 3 dəqiqəyə 12 atış yerinə yetirir. 60 dəqiqədə 42 dəfə atəş aça bilir. İlk üç atış 30 saniyədə edilir.
Ölçüləri: Uzunluğu 9391 mm, eni 2650 mm və hündürlüyü 3160 mm.

Məlumata görə, 2021-ci ilin sonunda Hindistan müdafiə naziri Racnat Sink “Multi-terrain Artillery Gun” (MarG) adlı artilleriya qurğularının təqdimat mərasimində iştirak edib. Bir sıra müşahidəçilər bildirir ki, 4×4 təkər formullu maşınların üzərinə 105 mm çaplı silahdan daha ağır artilleriya qurğuları yerləşdirmək məqsədəuyğun deyil. Ona görə, belə maşınların üzərinə 155 mm çaplı silahın yerləşdirilməsi təhlükəli nəticələrə səbəb ola bilər.

Editor

Related Posts