Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan”dan növbəti qələbə

Futbol üzrə Azərbaycan I Divizionunun IV turu çərçivəsində “Araz-Naxçıvan”  “Kəpəz-2” klubunun qonağı olub.

Gəncə Şəhər Stadionunda keçirilən görüşdə Naxçıvan təmsilçisi “Kəpəz-2” komandası üzərində 2-1 hesablı qələbə qazanıb.

Oyunun 14-cü dəqiqəsində ev sahibinin heyətində Nihad Fərəcli hesabı açıb. Bundan sonra üstünlüyü ələ alan “qırmızı-ağlar” 21-ci dəqiqədə hesaba tarazlıq gətirib. “Araz-Naxçıvan”ın heyətində Fərid Kərimzadə fərqlənib – 1:1.

Birinci hissə bu hesabla yekunlaşıb. Qarşılaşmanın ikinci 45 dəqiqəsində də üstün oyun nümayiş etdirən “Araz-Naxçıvan” 64-cü dəqiqədə hesabda önə keçib. De Saboa İv Lüsyen cərimə zərbəsindən gələn ötürməni qola çevirib – 1:2. Oyun bu hesabla yekunlaşıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” I Divizionda yoluna 4 oyuna 4 qalibiyyətlə qalibiyyətlə davam edir. Hazırda Naxçıvan təmsilçisi 12 xalla turnir cədvəlinin lideridir.

admin

Related Posts