Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Distant təhsilə cəlb olunan 24 uşağa lazımi vəsaitlər verilib

Distant təhsilə cəlb olunan sağlamlıq imkanı məhdud uşaqlara kompüter, məktəbli formaları və dərsliklər verilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu qəbildən olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradıb. Qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqlardan 55-i məktəbəqədər təhsil müəssisələrində, 953-ü ümumtəhsil məktəblərində, 7 görmə məhdudiyyətli uşaq isə xüsusi ibtidai məktəbdə təhsillərini davam etdirirlər.

Təhsil naziri bildirib ki, muxtar respublikada görmə qabiliyyəti məhdud uşaqlar üçün Xüsusi İbtidai Məktəb, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. Hərəkət qabliyyəti məhdud uşaqların təhsil imkanlarını genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəz yeni tədris ilindən Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyətə başlayacaq. Təhsil Nazirliyi tərəfindən distant təhsilə cəlb olunacaq şagird kontingenti müəyyənləşdirilib, tədris proqramı hazırlanıb, onlar üçün dərslik və kompüter tələbatının ödənilməsi üçün lazım olan bütün təşkilati və metodiki işlər görülüb. Mərkəzdə tədris aparacaq  müəllimlər üçün kurslar da təşkil olunub. Yaradılan şərait sayəsində sağlamlıq imkanları məhdud uşaqlar tədris prosesinə distant şəkildə qoşulacaqlar.

Diqqətə çatdırılıb ki, mərkəzdə tədris ümumi təhsil pilləsinin, ibtidai, ümumi və tam orta təhsil səviyyələrində təşkil olunacaq. Ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat veriləcək. Bu da həmin məzunlara imkan verəcək ki,  gələcəkdə də distant təhsildən yararlanaraq ali və orta ixtisas təhsil müəssisələrində öz təhsillərini davam etdirsin.

Rəhman Məmmədov tədbirdə iştirak edən uşaqları qarşıdan gələn Bilik Günü münasibəti ilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Valideyn Fatimə İbrahimova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbirdə 24 uşağa evlərində təhsillərini davam etdirmək üçün noutbuk, məktəbli formaları və dərsliklər verilib.

Qeyd edək ki, distant təhsilə cəlb olunan  fiziki imkanları məhdud uşaqların yaşadığı mənzillər yüksəksürətli internetlə təmin olunub.

admin

Related Posts