“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi – Ləğv olunacaqlar

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi – Ləğv olunacaqlar

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanda yer alıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilənə qədər “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər öz fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Editor

Related Posts