Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ustad Ruhani”nin saxlanıldığı deyilir – KİV İran casusu kimi təqdim edir

“Ustad Ruhani”nin saxlanıldığı deyilir – KİV İran casusu kimi təqdim edir

“Ustad Ruhani” adı ilə tanınan Neftçala sakini Siyasət Bağırovun saxlanıldığı deyilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan məlumatlara əsasən, o, ötən gün axşam saatlarında polis əməkdaşları tərəfindən həbs edilib.

Məlumata görə, S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Bildirildi ki, bu barədə qurumda məlumat yoxdur.
Qeyd edək ki, S.Bağırov yerli mətbuatda İranın Azərbaycandakı casus şəbəkəsinin üzvü kimi təqdim edilir.

Editor

Related Posts