Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nəriman Nərimanovun abidəsi Naxçıvanda yenidən bərpa olunacaq – RƏSMİ

Nəriman Nərimanovun abidəsi Naxçıvanda yenidən bərpa olunacaq – RƏSMİ

Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Birinci 24 xəbər verir ki ,bu barədə informasiyanı Naxçıvan Şəhər İcra Hakimiyyəti yayıb.

Qeyd olunub ki, son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.

Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır.

admin

Related Posts