Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Finlandiya rəsmən NATO-ya daxil oldu

Finlandiya rəsmən NATO-ya daxil oldu

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-nun mənzil-qərargahında ölkənin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı sənədi imzalayaraq onu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenə təqdim edib.

Bununla da Finlandiya rəsmən NATO-nun 31-ci tamhüquqlu üzvü olub.

Rəsmi mərasim bu gün Şimali Atlantika Alyansının Brüsseldəki mənzil-qərargahında keçirilib. Mərasimdə Finlandiya Prezidenti Sauli Niinistö, həmçinin xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaykkonen iştirak ediblər.

Editor

Related Posts