Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran RƏSMİSİ: “Mən azərbaycanlıyam”

İran RƏSMİSİ: “Mən azərbaycanlıyam”

İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Mən də azərbaycanlıyam” sərlövhəli məqalə dərc edib.

Məqalədə Vilayəti İran və Azərbaycan xalqları arasında tarixi əlaqələrə dair fikirlərini bölüşüb. O, Azərbaycan xalqının öz ölkəsini irəliyə apardığını qeyd edir və regionda sülh və əmin-amanlığın bərqərar olması üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayır.

“İslam İnqilabından sonra İran İslam Respublikası 15 qonşu ölkədən heç birinə hücum etməyib və müharibələr törətməyib. Mən qəti şəkildə inanıram ki, İran İslam Respublikası təkcə öz mənafeyini və təhlükəsizliyini deyil, həm də regionda qonşu ölkələrin maraq və təhlükəsizliyini qoruyur və bunu özünün regional vəzifələrindən biri hesab edir.

İran regionun təhlükəsizliyini pozan hər şeyin öhdəsindən gələcək və biz açıq şəkildə bildiririk ki, sionist rejim kimi saxta kimliyə malik bəzi ölkələrin və ABŞ kimi ekspansionist qurumun xəyalları öz ölkələrində qalacaq”.

Editor

Related Posts