Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kreml: Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə əsasdır

Kreml: Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə əsasdır

Peskov: “Biz üçtərəfli razılaşmaların bütün müddəalarının icrası yolunda irəliləyişi hər kəs üçün alternativsiz və zəruri hesab edirik”

Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli razılaşmaları vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, – Peskov Azərbaycan və Ermənistan tərəflərinin son bəyanatlarını şərh edərkən deyib.

Kreml sözçüsünə sözlərinə görə, üçtərəfli razılaşmalar hazırda nizamlanma üçün yeganə real əsasdır: “Ona görə də biz üçtərəfli razılaşmaların bütün müddəalarının icrası yolunda irəliləyişi hər kəs üçün alternativsiz və zəruri hesab edirik”.

Editor

Related Posts