Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna ABŞ, Niderland və Almaniyadan “Patriot” HHM sistemləri qəbul edib

Ukrayna ABŞ, Niderland və Almaniyadan “Patriot” HHM sistemləri qəbul edib

Ukrayna ABŞ, Niderland və Almaniyadan “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri qəbul edib.

Bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant Aleksandr Pavlyuk “Telegram”da yazıb.

“Bu zenit-raket sistemləri Rusiyanın qanadlı raketlərindən və pilotsuz uçuş aparatlarından (PUA) qorunmağa imkan verəcək. Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiklərinə görə tərəfdaşlarımıza təşəkkür edirik! Birlikdə qələbəyə doğru!”, – Pavlyuk yazıb.

Editor

Related Posts