Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərbəin ziyarətinə gedə bilməyənlər nə etsin?

Ərbəin ziyarətinə gedə bilməyənlər nə etsin?

Ərbəin günü İmam Hüseyni (ə.s) yaxından ziyarət etmək müstəhəbdir (bəyənilən əməldir). Lakin Həzrətin ziyarətinə gedə bilməyənlərin İmamın Ərbəin ziyərətnaməsini oxumaqla savaba çatması mümkündür. İmam Hüseynin ziyarətlərindən ən çox təkid olunanı “Ərbəin ziyarəti”dir. Hədislərdə Ərbəin ziyarətini oxumaq möminin əlamətlərindən biri kimi qeyd olunur.

İmam Həsən Əskəri (ə.s) momin şəxsin beş əlaməti olduğunu buyurmuşdur:

  1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;
  2. “Ərbəin” günü İmam Hüseyni (ə.s) ziyarət etmək;
  3. Səcdədə alını torpağa qoymaq;
  4. (Namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək;
  5. Sağ ələ üzük taxmaq.

Qeyd edək ki, Ərbəin günü İmam Hüseynin (ə.s) şəhadətə çatmasının 40-cı günüdür. Bu il Ərbəin günü (səfər ayının 20-si) sentyabrın 17-nə təsadüf edəcək. Bununla da məhərəmlik matəmi başa çatır. Lakin İmama (ə.s) hörmət əlaməti olaraq, müsəlmanlar səfər ayının sonuna (sentyabrın 27-nə) kimi də matəm saxlamağı tərcih edirlər.

Editor

Related Posts