Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu il Şərurda 10 hektar ərazidə tütün əkini aparılacaq

Bu il Şərurda 10 hektar ərazidə tütün əkini aparılacaq

Muxtar respublikada kənd təsərrüfatının bütün sahələri kimi tütünçülüyün inkişafı da prioritetdir. Çünki tütün aqrar sahənin ən çox gəlir gətirən və məhsuldar sahələrindəndir.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, hazırda Şərur, Babək və Kəngərli rayonlarında növbəti ilin məhsulu üçün tütün yetişdirilir.

Bu il Şərur rayonunun Püsyan kəndində 10 hektar ərazidə tütün əkilməsi nəzərdə tutulub. Artıq 6 hektarda işlər yekunlaşıb.

Qeyd edək ki, ötən il Şərurda 8 hektarda tütün əkini aparılıb, 9,6 ton quru tütün əldə edilib. Məhsuldarlıq hər hektarda 12 sentner təşkil edib.

admin

Related Posts