Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanlı şahmatçı beynəlxalq usta adını alıb

Naxçıvanlı şahmatçı beynəlxalq usta adını alıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, Beynəlxalq reytinq göstəricilərinə əsasən 2400 xallıq həddi keçən (2417) və digər normativləri yerinə yetirən 20 yaşlı şahmatçımız Sadiq Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçin imzaladığı sənədə əsasən beynəlxalq usta adına layiq görülüb.

Bununla da Naxçıvan Şahmat Federasiyasının idmançıları arasında sözügedən titula sahib olanların sayı 4-ə yüksəlib. Bu sırada təcrübəli şahmatçı müəllimlər Talıb Babayev, Toğrul Həsənzadə və Pərviz Qasımov da yer alır. Ümumilikdə isə muxtar respublika şahmatçıları arasında beynəlxalq hakim, FIDE hakimi, qrossmeyster, 4 beynəlxalq usta və 3 FIDE ustası var.

Qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan Sadiq Məmmədov 8 yaşında ölkə üzrə seçmə yarışlarda ilk sınağını birinciliklə tamamlayıb, məktəblilər arasında Avropa üçüncüsü, 16 yaşadək şahmatçılar arasında Azərbaycan çempionu, müxtəlif beynəlxalq turnirlərin, ölkə səviyyəli yarışların qalib və mükafatçısıdır.

admin

Related Posts