Bu gün, sentyabrın 17-də Kərbəlada Ərbəin ziyarəti tarixində ən böyük rəqəm qeydə alınıb. Builki ziyarətdə 21 milyondan artıq zəvvar iştirak edib.
İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bəyanat yayaraq ziyarətçilərin dəqiq sayını açıqlayıb. Belə ki, Həzrətin (ə.s) Ərbəin məclisinə 21 198 640 nəfər qatılıb.
Məlumata görə, bu statistika Kərbəlada quraşdırılmış kameralarda qeydə alınan elektron hesablama vasitəsilə əldə olunub.
Qeyd edək ki, sözügedən rəqəmlər 2003-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.