Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan zəlzələ bölgəsində yüksək səs toplamasından danışdı

Ərdoğan zəlzələ bölgəsində yüksək səs toplamasından danışdı

Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik, arxayın olmayacağıq. Bu həftənin sonunda zəlzələ bölgəsinin müəyyən hissəsinə baş çəkəcəyəm”.

Birinci 24 xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin ortaq yayımında zəlzələ bölgəsindən verilən səslərlə bağlı məsələni şərh edərkən danışıb.

Ölkə başçısı zəlzələ qurbanlarının təhqir olunmasını çirkin adlandırıb:

“Onlara səs verməyən insanları, xüsusən də zəlzələ qurbanlarımızı təhqir edirlər. Bundan əlavə, gənclərimizə bədbinlik, ümidsizlik aşılayırlar. Nə qədər ki, bu səriştəsiz insanlar CHP-nin başında dayanır, xalq nə deyirsə desin, yetərli olmayacaq. Defnenin səsvermə faizini bilirik, amma mənim üçün orada ölənlər, oradakı yaralılar önəmlidir. Dövlətsənsə, orada edilməsi lazım olan xidməti ən yüksək səviyyədə etməlisən. Baş nazirliyim və prezidentliyim dövründə heç yerdə belə bir ayrı-seçkilik etməmişəm”.

Editor

Related Posts