Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranlı diplomatdan təhlükəli çağırış: “İran Ermənistan ərazisinə daxil olmalıdır”

İranlı diplomatdan təhlükəli çağırış: “İran Ermənistan ərazisinə daxil olmalıdır”

“İran Ermənistan ərazisinə daxil olmalıdır”.

Bunu iranlı diplomat Əbülfəzl Zöhrevənd deyib.

Kəskin anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı diplomat İranın “Tahririeh” saytına müsahibəsində Ermənistan-Azərbaycan qarşıdurması və Zəngəzur dəhlizi ilə bağlı qərəzli fikirlər səsləndirən diplomat Azərbaycanı “Bakı Respublikası” adlandırıb:

“İki ölkə prezidentlərinin görüşündən bir neçə həftə sonra Ermənistanla “Bakı rejimi” arasında hərbi qarşıdurmanın yeni mərhələsinin başlanması ermənilərlə Bakı arasındakı fikir ayrılığının nə qədər dərin olduğunu və bu münaqişənin həllinə ehtiyac olduğunu göstərir ki, burada İranın məsələyə güclü müdaxiləsi qaçınılmazdır”.

“Təəssüflər olsun ki, indiyədək İran hakimiyyəti bu məsələyə təsirli reaksiya verməyib və belə bir vacib məsələni bir növ izləməklə kifayətlənirlər. Amerika və regional rejimlər bu münaqişənin taleyini öz məqsədlərinə uyğun irəli aparmağa çox çalışırlar…”, – deyə o əlavə edib.

Editor

Related Posts