Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukraynalı hakerlər Putinin səsiylə Rusiya xalqına müraciət etdi

Ukraynalı hakerlər Putinin səsiylə Rusiya xalqına müraciət etdi

Naməlum şəxslər Rusiyanın regional radio dalğalarına sızaraq, Ukrayna qüvvələrinin bir sıra sərhədyanı rayonların ərazisinə guya işğalı ilə bağlı prezident Vladimir Putinin adı və səsi ilə Rusiya vətəndaşlarına təcili müraciət ünvanlayıblar.

Birinci 24 xəbər verir ki, həmin müraciətdə belə deyilib: “Əziz qardaşlar və bacılar, bu gün səhər saat 4-də Qərb və NATO-nun dəstəyi ilə  Ukrayna qoşunları Kursk, Belqorod və Bryanskı şəhərlərini işğal  ediblər. Rusiya Silahlı Qüvvələri  təcavüzkara layiqli cavab verərək əks-hücuma keçiblər. Artıq həmin ərazilərdə hərbi vəziyyət tətbiq edilib. Bu gün mən ümumi səfərbərlik haqqında fərman imzalayacağam, çünki təhlükəli və məkrli düşməni məğlub etmək üçün Rusiya Federasiyasının bütün qüvvələrini cəlb etməklə ona qarşı vuruşmaq lazımdır. Düşməni məğlub edəcəyik, qələbə bizimdir”.

Rəsmi Moskvanın bu təxribata cavabı gecikməyib. Kremlin mətbuat nidmətinin  rəhbəri Dmitri Peskov hadisəyə münasibət bildirib və bunun haker hücumu olduğunu deyib: “Putinin radioda yayımlanan səs yazısı haker hücumudur. Bu gün Putin heç bir müraciət etməyib”, – deyə Peskov bildirib.

Editor

Related Posts