Türkiyəli aktrisa Melisa Aslı Pamuk və aktyor Mustafa Mert Koç ayrılıblar.
Cütlüyün birillik münasibəti bitib.
Aktrisa instaqramda Koçu izləmədən çıxarıb, onunla birlikdə olduğu fotoları sosial platformadan silib.
Lakin Koç aktrisanı izləməkdə davam edir və birlikdə olduğu fotoları silməyib.
Qeyd edək ki, Melisa Aslı Pamuk “Kara Sevda”, “Yer Gök Aşk”, Mustafa Mert Koç isə “Şahin Tepesi”, “Benim Adım Melek” və s. seriallardan tamaşaçılara tanışdır.

