Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda tarixi binanın fasadını korladılar, tədbir görüldü – Fotolar

Bakıda tarixi binanın fasadını korladılar, tədbir görüldü – Fotolar

Bakının Mərdanov qardaşları küçəsində yerləşən tarixi binanın fasadı korlanıb.

Bu barədə tanınmış memar Elçin Əliyev feysbuk hesabında bildirib.

“Fasadın detalları tamamilə ləğv edib suvaqla örtüblər, tarixi binanın bir hissəsini rəngləyiblər. Üstəlik, bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur”, – deyə o yazıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hərəkətə keçib.

Qurumun mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib ki, qanun pozuntusunun qarşısı alınıb və fasad əvvəlki görkəminə qaytarılacaq.

Editor

Related Posts