Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mətanət İsgəndərli:“Həkimlər üçün “ehtiyat”da 10 kiloqram artıq çəki saxlamışam”

Mətanət İsgəndərli:“Həkimlər üçün “ehtiyat”da 10 kiloqram artıq çəki saxlamışam”

“Hazırda “ehtiyat”ımda 10 kiloqram artıq çəkim var. O çəkini də cərrah həkimlər üçün saxlamışam. Çünki tezliklə plastik əməliyyat etdirəcəm”.

Birinci 24 xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda deyib.

Sənətçi bildirib ki, idman etməyə vaxtı olmadıqda onu səhnədə çıxışı zamanı rəqslə əvəz edir:

“Hər gün səhər idman edirəm. Oynayıram, oxuyuram, “şıdırğı” gedir. Nə deyirsiniz, edirəm. İdmana zamanım olmayanda isə səhnədə çıxış etdiyim zaman rəqs edirəm”.

Qeyd edək ki, Mətanət İsgəndərli aylar əvvəl mədəkiçiltmə əməliyyatı keçirib. Bunun nəticəsi olaraq müğənni 40 kiloqram arıqlayıb.

admin

Related Posts