Bu gün, sentyabrın 20-dən etibarən İmam Əlinin (ə.s) hərəmində səfər ayının şəhadət gününə hazırlıq işlərinə başlanılıb.
Verilən məlumata görə, artıq hərəmdə qara bayraqlar və digər matəm rəmzləri asılıb. Şəhadət günlərində hərəmdə əza məclisləri təşkil olunacaq.
Qeyd edək ki, səfər ayının 28-də (25 sentyabr) Həzrət Peyğəmbərin (s) rehləti və İmam Həsən Müctəbanın (ə.s) şəhadət günüdür.




