Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan karateçiləri açıq turnirdə 28 medal qazanıb

Naxçıvan karateçiləri açıq turnirdə 28 medal qazanıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş karate üzrə açıq turnir keçirilib. Paytaxt Bakıdan, habelə ölkəmizin regionlarından 1000-ə yaxın idmançının qatıldığı turnirdə 3 gün ərzində kata, kumite və komanda-kumite yarışları keçirilib.

Muxtar respublikadadan Naxçıvan Karate Federasiyasının məşqçiləri Taryel Bağırov və Nicat Allahverdiyevin rəhbərliyi ilə 18 idmançı qatılıb.

Təmsilçilərimiz 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla, ümumilikdə 28 medal qazanıb.

İdmançılarımızdan Aysu Abbasova 2 qızıl medala layiq görülüb. Məlahət Həşimli Fatimə Bağırzadə və Həşim Nağızadə də birincilik sevinci yaşayıb.

admin

Related Posts