Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubadlı şagirdlər Azərbaycan birincisi olub

Ordubadlı şagirdlər Azərbaycan birincisi olub

Birinci 24 xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ şəhərində təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika birinciliyinin qalibi Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası olub.

Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda – Culfa şəhər 3 nömrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin şagirdləri iştirak edib. Gərgin mübarizə şəraitində keçən, 16 komandanın iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə əsasən ümumrespublika birinciliyində birinci yerə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası layiq görülüb.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəsi Aleks Haykens, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

admin

Related Posts