Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsveç-NATO, Türkiyə-Aİ: Minimum və maksimum hədəflər

İsveç-NATO, Türkiyə-Aİ: Minimum və maksimum hədəflər

Y.Stoltenberg Türkiyə və İsveç rəsmilərinin son görüşünü tarixi adlandırıb, İsveçin alyansa üzvlük məsələsinin Türkiyə tərəfindən ratifikasiyaya təqdim ediləcəyini bildirdi. Bununla belə Stoltenberq İsveçin dəqiq nə vaxt alyansa üzv olacağını, yəni ratifikasiyanın nə vaxt baş verəcəyini deyə bilməyəcəyini etiraf edir. Mövcud şəraitdə Ankara minimum (F-16 qırıcı təyyarələrinin əldə edilməsi, İsveçin PKK və FETÖ kimi təşkilatlara dəstəyinin dayandırılması və islamafob fəaliyyətin məhdudlaşdırılması) və maksimum (Aİ-yə üzvlük) hədəfləri vardır.
 
Minimum hədəflər
ABŞ Türkiyə ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu və $20 mlrd. dəyərində F-16 qırıcı təyyarələrinin satılmasına razı olduğunu bildirir. ABŞ qanunvericiliyinə görə belə növ sazişlər Konqres tərəfindən təsdiqlənməlidir. Nümayəndələr Palatasının xarici əlaqələr daimi komitəsinin sədri M.Makkoy satışa razılıq verəcəyini bildirdiyi halda,. Senatın beynəlxalq münasibətlər daimi komitəsinin sədri ermənipərəst R.Menendez isə böyük ehtimalla Ağ Ev, Dövlət Departamenti və Federal Tədqiqatlar Bürosunun (FBİ) birgə təzyiqi səbəbindən məsələyə mane olmayacaqdır.

İsveç ölkədə çoxlu sayda kürdün yaşadığını və məhkəmələrin azad olduğunu əsas gətirib, T irəli sürülən bəzi (esktradisiya ilə bağlı) tələblərin icrasının çətin olduğunu bildirsə də, qanunvericiliyə müvafiq düzəlişlər edib, terrorizm və ekstremizm ilə mübarizə şərtlərini sərtləşdirmişdir. Hazırda İsveç rəsmiləri Quranın yandırılması ilə bağlı insidentlərin qarşısının alınması məqsədilə qanunvericiliyə müvafiq düzəlişləri müzakirə edirlər. Ötən həftə Stokholmun dairə məhkəməsi PKK-nin maliyyələşməsində iştirak edən kürd əsilli Yəhya Qunqnoru 4,5 il azadlıqdan məhrum edərək, islah müddəti bitdikdən sonra ölkədən birdəfəlik deportasiya edilməsi barədə qərar qəbul etmişdir. Buna qədər ölkədə heç kim PKK-nın maliyyələşdirilməsi iddiası ilə mühakimə olunmamışdır.
 
Maksimum hədəflər
Türkiyə İsveçin NATO-ya üzvlüyünü özünün Aİ-na üzvlüyü ilə bağlayır. İttifaqdan konkret və müsbət siqnal Türkiyədə maliyyə böhranının tənzimlənməsinə töhfə verib, ölkə iqtisadiyyatını inkişaf xəttinə qaytara bilər. Öz növbəsində Türkiyənin üzvlüyü Aİ-nın təhlükəsizlik məsələlərini həll edə, Rusiya ilə diplomatik körpünü bərpa edə, taxıl böhranı kimi problemlərin həllində üstünlük qazandıra və qurumun Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Afrikadakı mövqelərini gücləndirə bilər. Bununla belə Qərbdə ABŞ, Böyük Britaniya, İsveç və bəzi digər ölkələr Türkiyənin üzvlüyünü rəsmi dəstəklədikləri halda, Fransa, Almaniya, Aİ Komissiyası İsveçin NATO-ya, Türkiyənin isə Aİ-yə üzvlük məsələsinin fərqli proseslər olduqlarını bildirirlər.
 
Nəticə
Görünən odur ki, Türkiyə öz minimum hədəflərinə çatmaq üzrədir. Erməni kokusun aktiv üzvü R.Menendezin Ermənistan-Azərbaycan məsələsində passivliyi icraedici hakimiyyət qolunun təsir/təzyiqlərindən xəbər verir. Güman ki, eyni təsir/təzyiq F-16-ların satılmasında da özünü göstərəcəkdir. İsveçdə hər üç hakimiyyət qolunun atdığı addımlar Stokholumun Ankaranın tələblərini qəbul etdiyinə işarə edir.

S.Hantinqtona görə müəyyən sivilizasiyaya inteqrasiya üçün 3 şərtin gözlənilməsi vacibdir:

  • Siyasi-iqtisadi elita inteqrasiyaya can atmalıdır;
  • Cəmiyyət bunu dəstəkləməli və ya ən azından buna mane olmamalıdır;
  • Qəbul edən sivilizasiya müraciət edən dövləti tərkibində görmək istəməlidir.

Türkiyə-Aİ münasibətlərində 3 şərtdən ikisi (Türkiyədə siyasi-iqtisadi elitanın böyük əksəriyyəti Aİ-yə üzvlüyün tərəfdarıdır + son sorğulara əsasən, Türkiyə əhalisinin 70%-dən çox hissəsi üzvlük məsələsini dəstəkləyir) aydın müşahidə edilsə də, sonuncu şərt üzrə vahid yanaşma yoxdur. Bu baxımdan Ankaranın maksimum hədəflərinə çata biləcəyi az ehtimal olunandır. Buna baxmayaraq Avropada miqrasiya böhranı nümunəsinə istinad edib, cari vəziyyətdə Türkiyənin Aİ-dən əlavə dividendlər əldə edə biləcəyini də istisna etmək olmaz.

Editor

Related Posts