Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan Putinlə görüşdü – Video – Yenilənib

Ərdoğan Putinlə görüşdü – Video – Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək.

Birinci 24 “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bununla belə, Türkiyə və Rusiya liderlərinin əsas müzakirə mövzusu taxıl dəhlizi olacaq.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir. 

Dövlət başçısını Soçi beynəlxalq hava limanında Rusiyanın rəsmi şəxsləri qarşılayıb. 

***

Soçidə Ərdoğanla Putin arasında danışıqlar başlayıb.

Görüş “Rus” sanatoriyasında keçirilir. Danışıqlar ilk olaraq nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə liderlər görüşü məhdud çərçivədə davam etdirəcəklər.

***

Soçidə Rusiya və Türkiyə Prezidentləri arasında görüş 1,5 saat davam edib.

Prezidentlər danışıqları işçi nahar masası arxasında məhdud çərçivədə davam etdirib. 

***

Ərdoğanla Putin arasında danışıqlar başa çatıb. 

Editor

Related Posts