Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan və Putinin nahar menyusu – Foto

Ərdoğan və Putinin nahar menyusu – Foto

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə işgüzar nahar zamanı yediyi yeməklər məlum olub.

Bu barədə “Kreml pulu” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub.

Desert kimi isə Putin və Ərdoğana “quş südü” (ptiçye moloko) təqdim olunub.

Xatırladaq ki, Putin və Ərdoğan bu gün Soçidə görüş keçiriblər.

Editor

Related Posts