Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan Yunanıstana xəbərdarlıq etdi: Türkiyənin gücü daha çoxdur

Ərdoğan Yunanıstana xəbərdarlıq etdi: Türkiyənin gücü daha çoxdur

“Türkiyə Yunanıstanı Türkiyə ilə qarşıdurmaya təhrik edən dairələrin əsl məqsədlərini yaxşı bilir. Türkiyə Egey və Aralıq dənizini qarşıdurma və qan tökülmə zonasına çevirmək cəhdlərini pisləyir”.

“Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. 

O, xüsusilə Yunanıstanın zirehli texnikasının Egey dənizində hərbsizləşdirilmiş adalara yerləşdirilməsi ilə bağlı son hadisəni şərh edərkən Yunanıstanın təxribat törətməkdə olduğunu bildirib: 

“Yunanıstanın adalarda, eləcə də Türkiyə ilə quru sərhədi yaxınlığında – Qərbi Trakya bölgəsində yerləşdirdiyi silahlar Ankaranı qorxutmur, çünki “Türkiyənin gücü daha çoxdur”.

Prezident əlavə olaraq deyib ki, (ABŞ tərəfindən – red.) Yunanıstanı Türkiyənin səviyyəsinə yüksəltmək üçün nə hərbi baxımından gücləndirməsi, nə də siyasi və iqtisadi dəstək verməsi kifayət deyil, amma Yunanıstanı bataqlığa sürükləməsi üçün kifayətdir:

“Biz əlimizdə olan bütün vasitələrdən istifadə edərək, Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etməkdən əl çəkməyəcəyik”.

Editor

Related Posts