Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qarabağda hərbi əməliyyatlar ətrafında siyasi oyunlar

Qarabağda hərbi əməliyyatlar ətrafında siyasi oyunlar

Son günlərdə Qərb ölkələrində fəaliyyət göstərən bəzi azərbaycandilli media resursları tərəfindən ordmuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin (LXAT) nəticələri barədə yanlış təsəvvürlərin formalaşdırılması məqsədilə xüsusi kampaniya aparılır. Təbliğatçılar Qərbin maraqlarını təmsil etməklə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir və bu fonda Paşinyanı “qərbyönümlü qəhrəman” kimi təqdim edirlər. Halbuki, baş verənlərə diqqətlə nəzər saldıqda, irəli sürülən iddialarının tamamilə əsassız və sifarişli olduğu açıq şəkildə görünür.
 
İddia edilir ki, LXAT ciddi nəticə olmadan bitib və bu tədbirlərdən sonra bölgədəki real vəziyyət dəyişməyib.
 
Əslində isə:

– LXAT nəticəsində Azərbaycanın Qarabağ məsələsində son nöqtəni qoyması artıq bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Yalnız anti-Azərbaycan təbliğatı aparan çevrələr bunu qəbul etmir.

– BMT TŞ-nin 21 sentyabr tarixli iclasında hətta Fransa da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməyə məcbur oldu. Belə ki, spikerlərin bir çoxu Azərbaycanın antiterror tədbirlərini öz ərazilərində apardığını vurğuladılar.

– Məhz LXAT nəticəsində Ermənistanda artıq sülh danışıqları haqda daha fəal danışılır. Ölkənin istər rəsmi dairələri, istərsə də ictimaiyyəti tədricən konstruktiv mövqeyə qayıdmağa məcbur olub.  
 
Digər bir iddia Rusiyanın ərazidə təsirinin əvvəlki səviyyədə qalması ilə bağlıdır.
 
Halbuki:

– Azərbaycan son illər ərzində Rusiyanın Qarabağla bağlı planlarını neytrallaşdırdı və LXAT Moskvanın mümkün gedişlərinin bundan sonra da reallaşdırılmasını qeyri-mümkün etdi. Unutmayaq ki, RF-nin Qarabağ ermənilərinin subyektliyini artırmaq istiqamətindəki addımlarına Paşinyan da dəstək verirdi. O, separatçıları maliyyələşdirir, bölgədə ordu saxlayır, Vardanyanın və iranlı diversantların gəliş-gedişi üçün öz ərazisini təqdim edirdi. İndi isə Bakı RF-nin ən ali rəsmilərinin Qarabağı Azərbaycan ərazisi kimi tanımalarına nail oldu.

– Azərbaycan məhz Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi zonasında antiterror tədbirlərini həyata keçirdi və bununla da Rusiya kontingentinin logistikasını, eləcə də fəaliyyət kontekstini dəyişdi. LXAT sonrası sülhməramlıların Laçın yolu xaric, digər postları öz əhəmiyyətini itirdiyi üçün kontingentin yerləşməsi dəyişəcək. Bununla yanaşı, RSK-nın artıq bütün sonrakı fəaliyyəti Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası kontekstində 2025-ci ilə qədər rəsmi Bakının siyasətində iştirak edəcək.  

– LXAT sayəsində sülh sazişi yolunda sonuncu maneə aradan qaldırıldı və Ermənistan-Türkiyə normallaşması şəraitində Ankaranın bölgədəki nüfuzunun artması üçün şərait yaradıldı. Bu da Rusiyanın regiondakı nüfuzunu məhdudlaşdıracaq.

LXAT əvəzinə Qərblə sıx əməkdaşlığın daha səmərəli ola biləcəyi barədə deyilənlərə gəlincə:

– Qərbin aparıcı dövləti olan ABŞ açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməməsi onu bölgədəki proseslərdən kənarda qoydu. Görəsən, Qərblə sıx əməkdaşlığı təbliğ edənlər heç olmasa bircə dəfə Aİ və ABŞ rəsmilərindən Qarabağa səfərlərdən və bu ərazinin Azərbaycan torpağı olduğunu birbaşa bəyan etməkdən niyə boyun qaçırdıqlarını soruşublarmı?!

– Aydındır ki, Qərb hadisələrə belə yanaşma ilə Qarabağa buraxılsaydı vəziyyət Serbiyadakı Kosovo ssenarisi ilə nəticələnə bilərdi.

Onu da qeyd edək ki, hazırda Ermənistan-Azərbaycan nizamlanmasında Brüssel və Vaşinqtonun iştirakı təmin edilib. Rəsmi Bakı burada heç bir problem görmür və əksinə Qərbin vasitəçiliyini dəstəkləyir. Lakin bizim tələbizin ABŞ və Aİ-nin öz mövqeyində ardıcıl olması və ərazi bütövlüyü məsələsini təkcə Ermənistan üçün deyil, Azərbaycan üçün də əsas şərt kimi qəbul etməsidir.

Editor

Related Posts