Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Daha bir inanclı şəxs narkotik ittihamı ilə həbs edilib

Daha bir inanclı şəxs narkotik ittihamı ilə həbs edilib

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü – İsfəndiyar Məmmədov narkotik ittihamı ilə həbs olunub.

Bu barədə hərəkat məlumat yayıb.

Bildirilib ki, İsfəndiyar Məmmədov sentyabrın 23-də günorta saatlarında saxlanılıb. Ardınca onu Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

“Ailəsinə iki günə yaxın onun yeri, niyə saxlanması barədə heç bir məlumat verilməyib. İki gündən sonra ailəyə 14-cü bölmədən deyilib ki, İsfəndiyar Məmmədov Sabunçu Rayon Polis İdarəsindədir. İdarənin İstintaq Şöbəsində onunla bağlı cinayət işi başlanıb”.

Sabunçu Rayon Məhkəməsinin qərarıyla İsfəndiyar Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddia olunur ki, o, saxlanılarkən cibindən külli miqdarda narkotik tapılıb.

Lakin yaxınları bu ittihamın yalan olduğunu bildirilir. Onlar hesab edir ki, İsfəndiyar Məmmədov dini inanclı şəxslərə qarşı davam edən repressiyalar çərçivəsində həbs olunub:

“Aylardır ki, bu repressiyalar davam edir. Növbəti hədəf də İsfəndiyar Məmmədov oldu. Onu tanıyanlar yaxşı bilir ki, narkotikdən, pis vərdişlərdən uzaq adamdır”.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, hazırda təşkilatın 50-dən artıq üzvü həbsdədir.

İnsan haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar təkcə 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir. Həbs olunanlar bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiklərini və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunanların konkret cinayət əməllərinə görə tutulduqlarını bəyan edib.

Editor

Related Posts