Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qarabağdan Ermənistana gedənlərin sayı 76 mini keçdi – Yenilənib

Qarabağdan Ermənistana gedənlərin sayı 76 mini keçdi – Yenilənib

Sentyabrın 28-i saat 20:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 76 407 nəfər gedib.

Bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

***17:03
Qarabağdan Ermənistana gedənlərin sayı 70 mini keçib.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.

“Saat 14:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 70 500 nəfər gəlib”, – o qeyd edib.

Bağdasaryanın sözlərinə görə, Azərbaycanla həmsərhəd olan Gorusda 35 avtobus Xankəndiyə getmək və oradan insanları gətirmək üçün nəqliyyat axınının azalmasını gözləyir.

“Bu məsələ ilə bağlı razılıq var”, – o əlavə edib.

***14.52
Qarabağdan Ermənistana gedənlərin sayı 68 mini aşıb.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

“Saat 12:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 68 386 nəfər gəlib”, – Baqdasaryan öz sosial şəbəkə hesabında yazıb.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında artıq Ermənistanın müxtəlif bölgələrində təxminən 11 min qaçqının mənzillə təmin olunduğunu bildirib.

”Hökumət Qarabağdan gələnlərə kömək üçün əlavə vəsait ayırmaq niyyətindədir. Pensiyaçılar isə Ermənistanın pensiya sisteminə uyğun pensiya alacaqlar”, – o əlavə edib.

***11.56
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qarabağdan Ermənistana gedənlərin sayı 65 mindən çox olub.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

“Saat 08:00-a olan məlumata görə Qarabağdan Ermənistana 65 036 nəfər gəlib”, – Baqdasaryan öz sosial şəbəkə hesabında yazıb.

Editor

Related Posts