Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan idmançıları Gürcüstanda keçirilən yarışlarda uğurlu nəticələr əldə ediblər

Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev və bədii gimnastika üzrə baş məşqçisi Humay Qafarova Tbilisi şəhərində keçirilən beynəlxalq miqyaslı yarışlarda uğurlu nəticələrə imza atıblar.

Əmrah Nağıyev sentyabrın 25-də keçirilən “Tbilisi Marafonu 2022”də fərqlənərək yarış medalçılarından biri olub. Belə ki, 10 kilometr məsafədə idmançımız ümumi olaraq finiş xəttinə 10-cu çatıb. Eyni zamanda o, 37 dəqiqə 29 saniyəlik nəticə ilə 20-24 yaş kateqoriyasında 3-cü yerə layiq görülüb. Əmrah Nağıyev təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Humay Qafarova isə sentyabrın 23-dən 25-dək gimnastika hamı üçün növü üzrə keçirilən Tbilisi Gimnastradasında ölkəmizi təmsil edən “Ay işığı” komandasının tərkibində çıxış edib. Gürcüstan və Azərbaycandan, ümumilikdə, 14 komanda daxilində 130 gimnastın qatıldığı yarışda təmsilçilərimizdən “Zirə Eko Park” idman klubu, “Ay işığı” və “Alov” komandaları qızıl medal və sertifikatlarla təltif olunublar.

admin

Related Posts