Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə antiterror əməliyyatı davam edir – Saxlanılanlar var + Yenilənib

Türkiyədə antiterror əməliyyatı davam edir – Saxlanılanlar var + Yenilənib

64 vilayətdə “Qəhrəmanlar” əməliyyatı çərçivəsində icazəsiz silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı əməliyyatlarda 928 şübhəli şəxs saxlanılıb.

Birinci 24 TRT Haber-ə istinadla xəbər verir ki, vilayət Jandarma Komandanlıqları və Polis İdarələri tərəfindən 64 vilayətdə sənədsiz silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı “Qəhrəmanlar” əməliyyatının davamı kimi “Qaçaqmalçılar Əməliyyatı” təşkil edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 744 sənədsiz tapança, 24 sənədsiz avtomat və 74 sənədsiz ov tüfəngi götürülüb, 928 şübhəli şəxs saxlanılıb.

Daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesabında “Qəhrəmanlar” əməliyyatı çərçivəsində təşkil edilən əməliyyatlar nəticəsində bəzi vilayətlərlə bağlı aşağıdakı məlumatları açıqlayıb:

“İstanbul – 237 şübhəli şəxs saxlanılıb, 179 tapança və 4 avtomat götürülüb.
Adana – 73 şübhəli şəxs saxlanılıb, 107 tapança və 2 avtomat götürülüb.
Ədirnə – silah qaçaqmalçılığında şübhəli bilinən 1 nəfər saxlanılıb, 50 tapança və 4 avtomat götürülüb.
İzmir – 65 şübhəli şəxs saxlanılıb, 45 tapança və 2 avtomat götürülüb.
Mersin – 35 şübhəli şəxs saxlanılıb, 30 tapança və 1 avtomat götürülüb.
Şanlıurfa –  35 şübhəli şəxs saxlanılıb, 29 silah ələ keçirilib.
Diyarbəkir –  29 şübhəli şəxs saxlanılıb, 25 tapança və 1 avtomat götürülüb.
Ankara – 32 şübhəli şəxs saxlanılıb, 21 tapança və 1 avtomat götürülüb”.

***11.56 
Türkiyə daxili işlər naziri Əli Yerlikaya öz sosial şəbəkə hesabında respublikanın hər yerində PKK terror təşkilatına qarşı “Qəhrəmanlar” kod adlı genişmiqyaslı antiterror əməliyyatına başladıqlarını açıqlayıb.

Terrorla mübarizə çərçivəsində, 8 orta, 458 kiçik əməliyyat olmaqla 466 əməliyyat həyata keçirilib.
Milli Kəşfiyyat Təşkilatı, Təhlükəsizlik Baş İdarəsi və Jandarma Komandanlığının rəhbərliyi altında keçirilən əməliyyatlarda Jandarma Xüsusi Hərəkatı, Jandarma Komandosu və Təhlükəsizlik Mühafizəçilərindən ibarət 960 heyət və 13 min 440 personal iştirak edib.

Əməliyyat çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 şübhəli şəxs saxlanılıb.

Terror təşkilatının mərkəzi Şanlıurfada yerləşən kəşfiyyat strukturuna qarşı keçirilən əməliyyatlarda isə Mardin, İstanbul, Antalya, Adana, Bursa, Diyarbəkir, Qaziantep, Mersin, Dənizli, Konya, Kayseri, Batman, İsparta, Şırnak, Kocaeli də daxil olmaqla 16 vilayətdə 55 şübhəli şəxs həbs edilib.

Qeyd edək ki, əməliyyatlar PKK-nın məsuliyyəti öz üzərinə götürdüyü Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktından sonra həyata keçirilir.

Xatırladaq ki, terror aktında iki terrorçu zərərsizləşdirilmiş, iki polis əməkdaşı yüngül yaralanmışdı. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən etmişdi.

Editor

Related Posts