Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sabah Şuşada İƏT XİN rəhbərlərinin iclası başlayır

Sabah Şuşada İƏT XİN rəhbərlərinin iclası başlayır

Sabah Azərbaycanın Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayır.

Birinci 24 xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.

Editor

Related Posts