Bu gün İranda “3+3” formatı çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqlar keçiriləcək.
Bu barədə məlumatı “Reuters” yayıb.
Məlumatda görüşün XİN rəhbərləri səviyyəsində baş tutacağı vurğulanıb. Görüşdə, həmçinin İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri iştirak edəcək.
İran XİN görüş zamanı regional məsələlərin müzakirə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, “3+3” formatında iştirakı nəzərdə tutulan Gürcüstan görüşdə iştirak etməyəcək.
***
Tehranda “3+3” formatı çərçivəsində xarici işlər nazirlərinin iclası başlayıb.
İclasda İran, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri iştirak edir.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” Məsləhətçi Regional Platformasında iştirak və bəyanatla çıxış edib.
Nazir vurğulayıb ki, region ölkələri arasında praqmatik, nəticəyönümlü və qarşılıqlı hörmətli əməkdaşlığın şərtdir.

