Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hindistan Ermənistana raket atan qurğular da daxil olmaqla 245 milyon dollarlıq silah satır

Hindistan Ermənistana raket atan qurğular da daxil olmaqla 245 milyon dollarlıq silah satır

Hindistan KİV-ləri bu ölkədən Ermənistana silah ixracı ilə bağlı yeni müqavilənin imzalandığı və gələn aylarda Ermənistana silah tədarükünə başlanılacağını yazıblar.

Hindistan saytı bildirib ki, cari ayda bu ölkə ilə Ermənistan arasında silah ixracı ilə bağlı əhəmiyyətli müqavilə imzalanıb.

Müqavilənin dəyərinin 245 milyon dollar olduğu və gələn aylarda həyata keçiriləcəyi açıqlanıb.

Bu müqaviləyə Hindistanın yerli isyehsalı olan “Pinaka” raket atan qurğuları, raketləri və digər ləvazimatı şamildir.

Hindistan, həmçinin Ermənistana tank əleyhinə raketlər və bir sıra döyüş sursatları tədarük edəcək.

Hindistandan Ermənistana silahların ixracı ilk dəfə deyil. 2020-ci ildə Hindistan, təxminən 350 milyon dəyərində dörd “Swathi” radarı tədarük etmək üçün bölgədəki rəqiblərini qabaqlamışdı.

Editor

Related Posts