“İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi Yaxın Şərqdən başlayaraq yeni dünya müharibəsinə səbəb ola bilər”.
Birinci 24 BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuatın müvafiq sualını cavablandırıb.
“Üçüncü dünya müharibəsi ola bilər. Oradan başlaya bilər. Necə: əgər İranla döyüşməyə başlasalar. Artıq İran onlara yox, onlar İrana sataşırlar”.
Lukaşenko həmçinin İran tərəfinin Qəzzada münaqişəyə hansısa formada cəlb olunması ilə bağlı iddiaları əsassız sayıb:
“İranın bu işdə əli olduğuna dair faktlarınız varmı? Faktlar varsa onları masaya qoyun, görək”.
Prezident qeyd edib ki, heç kim İrana qarşı obyektiv faktlara əsaslanaraq heç bir iddia irəli sürməyib.