Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qorxulu Azərbaycan!

Qorxulu Azərbaycan!

“Süleymanı şəxsən tanıyıram.

Təmiz, dürüst, vicdanlı ruhanidir. Hökumət tənqidçisidir. Etirazçıdır. Məsuliyyətli vətəndaşdır.

Çox zülmlər görüb bu cavan ömründə.

Yadımdadır, ötən il polis onu və hazırda vicdan məhbusu həyatı yaşayan (narkotiklə şərlənib) Maili saxlayıb, olduqca pis rəftar göstərmişdilər.

Dərhal əlaqə saxladıq, medianın qarşısına birgə çıxmağı təklif etdik. Baş verənləri olduğu kimi çatdırmaqlarını xahiş etdik.

Hökumət mətbuat konfransının baş tutmasına xeyli əngəllər törətsə də cəmiyyət, media həqiqətləri bildi.

Demək, həm Süleyman, həm də Mail təsdiqlədilər ki, başlarına torba keçirib, “Banditizm”ə aparıblar.

Orada hər ikisini döyüblər, lüt soyundurub, zorlamaqla hədələyiblər və tələb ediblər ki, video kameranın önündə “bir daha məhkəmələrə getməyəcəyik” vədini versinlər.

Əlacsız qalıb, belə bir vəd veriblər.

Sonra da sərbəst buraxılıblar.

Qeyd edim ki, hər iki dindar vicdan məhbusu Razi Hümbətovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesini izləmək üçün salona buraxılmasalar da küçədə nəticəni gözləyirmişlər.

Yaxşı xatırlayıram, xeyli vicdan məhbusu ailəsi mətbuat konfransına toplaşmışdı.

Tanınmış ilahiyyatçı Elçin Qasımovla birlikdə konfransı idarə edirdik.

Konfransın gedişatında bizim Bəxtiyar yaxınlaşıb, qulağıma pıçıldadı ki, “DTX-nın əməliyyatçıları ofisə gəliblər, gözləyirlər, tələb edirlər ki, mətbuat konfransı dərhal dayandırılsın. Mən də dedim, davam edəcək. Bütün binada interneti kəsdilər”.

“Düz etmisən”-deyib, davam etdik, bitirdik.

O zaman məlumatlar gəldi ki, tezliklə həm Süleyman, həm də Mail cinayət məsuliyytinə cəlb olunacaqlar.

Elə də oldu.

Bu gün hökumət siyasətini tənqid edən dindarların demək olar ki, hər biri cəza evindədir.

200-ə yaxın günahsız, təqsirsiz ruhani şərlənib.

Rəsmən.

Bir çox ailə isə ictimailəşmə tərəfdarı deyil, bərk qorxurlar.

Yəni faktiki rəqəm daha çoxdur.

Məxləs, qorxulu Azərbaycandır!

Qorxulu vətəndir.

Bu diyar yaşanmaz hala gəlib.

Lakin bitəcək.

Üfüqdə işıq var, aydınlığa çıxacağıq.

Əminəm.

Zülmət bitəcək.

Belə getməyəcək”.

Rüfət Səfərov
Hüquq müdafiəçisi

Editor

Related Posts