Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüquq-mühafizə orqanlarında çalışan maliyyə-mühasibatlıq işçiləri üçün təlim keçirilib

Maliyyə Tədris Mərkəzdə iki günlük təlimə muxtar respublikanın hüquq-mühafizə orqanlarında çalışan 22 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub. “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması” adlı təlimdə mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi, mahiyyəti və aktuallığı barədə məlumat verib.

Təlimin ilk günü iştirakçılara peşəkar mühasib sertifikasiyası haqqında məlumat verilib, daha sonra “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının nəzəri əsasları” modulu ətrafında slaydlar vasitəsilə təqdim olunub. Təqdimat zamanı düzəliş qeydlərinin mahiyyəti haqqında məlumat verilib, onun növləri, düzəlişlərin əks etdirilməsi, gəlir və xərc hesablarının bağlanması zamanı tarazlığın qorunması, əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər izah edilib.

Növbəti gün “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının praktiki izahı” modulu ətrafında müəssisədə baş vermiş düzəliş qeydlərinə aid praktiki nümunələr əsasında əməliyyatların müxabirləşməsinin verilməsi, müvəqqəti hesabların bağlanması, düzəliş olunmuş və son sınaq balansının hazırlanması, maliyyə hesabatlarının tərtib olunması geniş izah edilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

admin

Related Posts