
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə kənd mərkəzlərində nağdsız ödənişlərin üstünlükləri mövzusunda maarifləndirici tədbirlər keçirilib. Çıxışlarda nağdsız ödənişlərin üstünlükləri qeyd olunub.
Bildirilib ki, muxtar respublikada 1 sentyabr 2022-ci il tarixinə nağdsız ödənişlərin həcmi 125 milyon 531 min 849 manat olub. Ödənişlərin 32 milyon 526 min 3 manatı POS-terminallar, 93 milyon 5 min 846 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Qeyd olunan tarixə əsas ödəniş alətlərindən olan POS-terminalların sayı 1673 ədəd, bankomatların sayı 118, muxtar respublika üzrə ödəniş terminallarının sayı isə 166 ədəd olub.
Görüşlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirci bukletləri iştirakçılara paylanılıb.
Qeyd edək ki, bu görüşlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasına uyğun həyata keçirilir.