Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk etdiyi iddia edilib.
Bu haqda Rusiya teleqram kanalları məlumat yayıb.
Hüseyn Həsənov isə instaqram hesabında paylaşım edərək bir-iki günlük atasının yanına- Azərbaycana gəldiyini, sonra isə yenidən Rusiyaya qayıdacağını yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik sərəncamından sonra minlərlə vətəndaş ölkəni tərk etməyə başlayıb.
