Qərb rəsmiləri Ukraynada döyüşlərin daha beş il davam edə biləcəyini hesab edirlər.
Bu barədə “The Economist” jurnalı məlumat yayıb.
Qərb ölkələrinin nümayəndələri hesab edirlər ki, hazırda münaqişə tərəflərindən heç biri güzəştə getməyə hazırlaşmır. Eyni zamanda, onların qiymətləndirməsinə görə, hələ ki nə Rusiya, nə də Ukrayna qarşı tərəfə həlledici zərbə vurmağa qadirdir.
Nəşr qeyd edib ki, münaqişə fonunda Qərb ölkələri öz silah və hərbi texnika istehsalını artırmağa çalışırlar. Jurnal əlavə edir ki, bu səylərə baxmayaraq, ABŞ 2025-ci ildə, yəqin ki, Rusiya Federasiyasının 2024-cü ildə əldə edəcəyi artilleriya mərmisi istehsalı həcmlərinə nail ola bilməyəcək.