“Biz Azərbaycan və Ermənistan arasında sülhün bağlanması üçün real fürsət görürük”.
Birinci24.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilər vasitəsilə danışması bizi təşviq edir. Və buna görə də biz bütün regiona fayda gətirmək üçün real fürsət görürük. Məsələn, əgər Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq. Və biz bunun bir hissəsi olmaq fürsətini çox istərdik”, – O’Brayn bildirib.