
Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı olub.
Qeyd edək ki, 23 ölkənin qatıldığı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan 5 komanda ilə – “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” və “Azərbaycan-Naxçıvan”la təmsil olunacaq. Bu gün startı veriləcək Olimpiada oktyabrın 10-dək davam edəcək.