Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mina Şuşalı ərindən YAZDI: “Yaraşıqlı, varlıdır”

Müğənni Mina Hüseyn paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Sənətçi sosial şəbəkə hesabında Şuşalı həyat yoldaşının sinəsinə başını qoyduğu selfisini izləyiciləri ilə bölüşüb.

Mina paylaşımına “Bu, ərimdir. Yaraşıqlı, varlı. Qısqananlar çatlasın” türk dilində şərh yazıb.

O yenə də fotoda ərinin üzünü gizlədib.

Qeyd edək ki, Mina Hüseyn martın 30-da nikahından foto paylaşaraq, “Nikahımız” qısa şərhi ilə ərə getdiyini təsdiqləyib. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silib.

Bir neçə həftə əvvəl isə müğənni həyat yoldaşının türk vətəndaşı deyil, Şuşalı olduğunu bildirib. Mina, həmçinin hamiləlik iddialarını da yalanlayıb.

admin

Related Posts