Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ağlamağın yeri var, ağlayın”

“Bax, buna deyərəm, “sənətdən itki”.

Bu sözləri Əməkdar artist Elza Seyidcahan mərhum müğənni Rəhim Rəhimlinin ünvanına yazıb. O bildirib ki, həmkarının vəfatı sənət aləmində böyük itkidir:

“O, xor bilirdi. O, mahnı, dramaturgiya, romans, rok, estrada, kontata, tərz, rəqs, aparıcılıq, quruluş, teatr, sinif, kafedra bilirdi. Rəhim bircə onu bilmirdi: Özünə “rəhm” etməyi bilmirdi. Axı o, sənət fədaisi idi? Tərkidünya olmuşdu sənətinin qanadında. Özünə yer tapa bilməyənlər növbəsində dayanaraq, növbədənkənar rəhhmətini tapdı torpağının ağuşunda.

Sənətə bir də, Rəhim kimisi gələcəkmi? Ağlamağın yeri var, ağlayın”.

admin

Related Posts